Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İordaniya və Əlcəzair yığmaları qarşılaşıb.
Qarşılaşma Əlcəzairin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 36-cı dəqiqəsində Nizar Əl-Rəşdan İordaniya yığmasını önə çıxarsa da, ikinci hissədə Əlcəzair geridönüş etməyi bacarıb.
Qarşılaşmanın 69-cu dəqiqəsində Nadir Benbuali, 82-ci dəqiqəsində isə Amin Quiqinin qolları Əlcəzairə qələbə qazandırıb.
Hazırda Argentina 6 xalla J qrupunun lideridir. Hərəyə 3 xal toplayan Avstriya və Əlcəzair yığmaları 2-ci və 3-cü yerləri bölüşürlər.
İordaniya isə 0 xalla sonuncudur.
Mənbə: oxu.az