Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatını (DÇ-2026) tarixin ən yaxşı mundialı hesab etdiyini açıqlayıb.
Bu barədə dünyanın ali futbol təşkilatının mətbuat xidməti məlumat yayıb.
"Bu, tarixin ən uğurlu hadisəsidir. Stadionlar tam dolub, şəhərlərdə çoxlu insan var, ab-hava isə olduqca möhtəşəmdir. Arenalarda çox sayda ailə, uşaq və qadın var ki, bu da həqiqətən çox gözəldir", - deyə İnfantino bildirib.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-də start götürüb və iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada davam edəcək.
Mənbə: oxu.az