Keçmiş UFC çempionu və UFC Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov Portuqaliyanın Dünya Kubokunun 1/16 final mərhələsində Xorvatiyaya qalib gəlməsinə münasibət bildirib.
Nurməhəmmədov sosial mediada yazıb:
“Portuqaliya çətinliklə mərhələni keçdi, amma xorvatlara qarşı heç kim üçün asan olmur.
Ofsayd var idimi? Məncə, yox idi, təmiz qol idi (səhv edə bilərəm), amma bu, sadəcə mənim şəxsi fikrimdir. Portuqaliya, şübhəsiz ki, xorvatlardan daha pis oynamadı və mərhələ keçməyə layiq idi.
Növbəti qarşılaşma turnirin indiyə qədərki ən yaxşı oyunudur: İspaniya və Portuqaliya pley-off mərhələsində”.
Mənbə: publika.az