Tacikistandan olan 27 yaşlı qarışıq döyüş ustası, məğlubiyyətsiz Xalim Nəzrulloyev, Yekaterinburqda keçirilən turnirdə Rafael Kosta üzərində qələbə qazandıqdan sonra UFC prezidenti Deyn Uayta müraciət edib.
Nəzrulloyev sosial mediada paylaşdığı videoda bildirib:
“Axşamınız xeyir! Deyn Uayta müraciət etmək istəyirəm. Deyn, mənim adım Halimdir, Rusiyanın ən yaxşı qarışıq döyüş sənətçisiyəm. Braziliyalıları və Orta Asiyalıları döyməkdən etməkdən bezmişəm. Sizin liqaya qoşulmaq istəyirəm. Mən Rusiya və Tacikistan uğrunda mübarizə aparıram. Mənə bir şans ver, Deyn! Mənə bir şans ver. Hamını məhv edəcəyəm, gedək!”.
Mənbə: publika.az