Bu gün Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” mübarizəyə başlayır.
Rəşad Sadıqovun komandası birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşacaq.
Matç bu gün yerli vaxtla saat 20:00-da Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək.
8 iyul saat 20:00
“Zirə” (Azərbaycan) - “Torpedo” (Kutaisi, Gürcüstan)
Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)
“SOCAR Polymer Arena”.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.
Mənbə: qafqazinfo.az