Amerikalı basketbolçu turnir zamanı güllələndi

Amerikalı basketbolçu turnir zamanı güllələndi

Amerikalı basketbolçu Kinu Roçford Nyu-Yorkda keçirilən turnir zamanı güllələnib.

Bu barədə “The New York Post” məlumat yayıb. Qeyd olunur ki, basketbolçu oyunlar arasındakı fasilədə başından güllələnib. Polisin məlumatına görə, hadisə zamanı daha iki nəfər yaralanıb.

Roçfordun 35 yaşı var idi. O, Niderland, İsrail, Fransa, İsveçrə, Böyük Britaniya və digər ölkələrdəki klublarda oynayıb.


Mənbə: unikal.az