UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci qol vurulub.
Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 2:0.
29-cu dəqiqədə Pedro Bikalyo dəqiq zərbə müəllifi olub.
***
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ilk qol vurulub.
Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabı açıb - 1:0.
5-ci dəqiqədə Jali Muaddib fərqlənib.
xxx
00:01
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyunu başlayıb.
Qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilir.
Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.
Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq.
Mənbə: publika.az