“Mancestr Yunayted”in ulduzu İslamı qəbul etməsindən danışdı

“Mancestr Yunayted”in ulduzu İslamı qəbul etməsindən danışdı

Dünya şöhrətli daha bir futbolçu müsəlman oldu. “Mancestr Yunayted” ("Manchester United") və Fransa millisinin oyunçusu Paul Pogba İslamı qəbul etməsindən bəhs edib.

"The Times"a açıqlama verən futbolçu seçdiyi yoldan danışıb. Onun sözlərinə görə, İslam dinini 20-li yaşlarında qəbul edib. "Müsəlman olmaq məni daha yaxşı bir insan etdi. Bir çox müsəlman dostum var, onlarla söhbət edir, bərabər ibadətlə məşğul olururq".

Onun sözlərinə gprə, hazırda özünü daha hüzurlu hiss edir. "Mən müsəlman olaraq doğulmamışam. Anam müsəlman idi. Amma mən hər kəsin dininə hörmətlə böyümüşəm. Müsəlmanlığın terrola bir əlaqəsi yoxdur. Mediada yayılan xəbərləri bir kənara qoysaq İslam çox gözəl bir dindir. Gündə 5 dəfə namaz qılmaq lazımdır. Bunu şükür etmək və iman gətirmək üçün edirsiniz"

Pogba Ramazan ayında Məkkə ziyarətində də olub.

Mənbə: istipress.com