"Fənərbağça" heyətini gənc futbolçu ilə gücləndirdi

"Fənərbağça" heyətini gənc futbolçu ilə gücləndirdi

"Fənərbağça" klubu alt yaş qruplarından Arda Gülər ilə rəsmi müqavilə imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-lacivərtlər" 15 yaşlı futbolçunu heyətinə qatıb. Gələcəyin ulduzu olacağına güvənilən Arda ilə 2,5 il müddətinə anlaşma imzalanıb.

Qeyd edək ki, "Gençlerbirliği"ində yaxşı təsir buraxan Arda Gülər 2019-cu ildə "Fənərbağça"nın alt yaş qrupuna keçmişdi.

 

 

Mənbə: offsideplus.az