"Belçika klubu ilə razılaşa bilmədik" - Mahir Emreli

"Belçika klubu ilə razılaşa bilmədik" - Mahir Emreli

"Qarabağ"ın futbolçusu Mahir Emreli Belçika klublarından transfer təklifi alması barədə yayılan xəbərlərə münasibət bildirib.

23 yaşlı hücumçu Qol.az saytına açıqlamasında sözügedən ölkənin təmsilçiləri ilə danışıqlar apardıqlarını, lakin razılığa gələ bilmədiklərini deyib:

"Bu barədə yalan deyə bilmərəm. Çünki təklif olması ilə bağlı Belçika mətbuatında da, Azərbaycan mediasında da xəbərlər var idi. Belçika klubu ilə birbaşa mənim aramda əlaqə olmayıb. Amma menecerim arasında danışıqlar gedib. Lakin razılaşa bilməmişik.

Yəni, rəsmi səviyyəyə çatmasa da, danışıqlar olub. Amma ümumiyyətlə, heç bir klubdan hələ rəsmi transfer təklifi gəlməyib".

Qeyd edək ki, Mahir Emreli ilə Belçikanın əsas liqa təmsilçiləri ilə yanaşı, "Beşiktaş"ın da maraqlandığı haqda xəbərlər yayılmışdı.

Mənbə: qol.az