Dembele Madrid klubunda - RƏSMİ

İspaniyanın "Atletiko” klubu heyətinə yeni futbolçu qatıb.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi Fransanın "Olimpik” (Lion) klubunun hücumçusu Mussa Dembeleni transfer edib.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspaniya klubu 24 yaşlı fransız futbolçunu satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb.

"Atletiko” icarə haqqı olaraq Fransa klubuna 1.5 milyon avro ödəyəcək. Madrid klubu 33.5 milyon avro ödəməklə Dembeleni birdəfəlik transfer etmək hüququna da sahibdir.

Dembele bu mövsüm "Olimpik”in heyətində Liqa 1 çərçivəsində 16 oyuna 1 qolla yadda qalıb. Lion təmsilçisi onu 2018-ci ilin avqustunda "Seltik”dən 22 milyon avroya transfer etmişdi.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan: Terrorçular sosial şəbəkələr vasitəsilə siyasətə müdaxilə edirlər

SONRAKI XƏBƏR

Ukrayna və Türkiyədən diqqətçəkən həmlə - Kiyev açıqladı