"Daha ağır məğlubiyyətlər görməmək üçün..." - Əfran İsmayılov

"Daha ağır məğlubiyyətlər görməmək üçün..." - Əfran İsmayılov

Xəbər verdiyimiz kimi ötən gün futbol üzrə Azərbaycan milli komandası Avro - 2020 - nin seçmə qrup mərhələsində növbəti oyununu keçirib.

Belə ki, milli komandamız "Bakcell Arena"da Slovakiya millisinə 1-5 hesabı ilə məğlub olub. Milli komandamızın keçmiş futbolçusu Əfran İsmayılov bu ağır məğlubiyyətlə bağlı fikirlərini bizimlə bölüşüb.

"Bəli, dünənki oyunu hamı kimi mən də izlədim. Bizim üçün ağır məğlubiyyət oldu. Futbolçular çox zəif oynadılar. Daha ağır məğlubiyyətlər görməmək üçün həm pisixoloji, həm də ki, fiziki cəhətdən düzəlmək lazımdır".

Təcrübəli futbolçu bu cür zəif milli komandanın heyətində olmasa da, məğlubiiyyətə çox üzüldüyünü bildirib:

"Əslində milli komanda hamımızındır. Əgər onlar uduzublarsa, deməli, biz də uduzmuşuq. Düzünü desəm, bu cür ağır məğlubiyyəti mən də gözləmirdim. Daha əvvəl də demişdim ki, evdə iki vacib oyunumuz var. Bu oyunlardan bacardığımız qədər maksimum xal yığmalıyıq. Amma təəssüf ki, olmadı. İki oyuna 8 qol buraxdıq".

Sonda Əfran İsmayılov azarkeşlərin AFFA rəhbərliyini istefaya səsləməsinə fikir bildirib:

"Düzünü desəm, bu mənim işim deyil. Amma azarkeşləri də çox yaxşı başa düşürəm. Onlar da komandadan yaxşı oyun və uğurlu nəticə gözləyirlər. Amma bunların heç biri olmadı. İndi isə əsas məqsəd azarkeşlərin könlünü almaq və yaxşı oyun göstərməkdir".

Orxan Hacı / Faktor.az

Mənbə: faktor.az