Yurçeviç istefaya göndərilir

Yurçeviç istefaya göndərilir

Milli komandamızın Slovakiyaya 1:5 hesablı məğlubiyyətindən sonra komandanın baş məşqçisi Nikola Yurçeviçin istefaya göndərilmək ehtimalı var.

"Yeni Sabah" xəbər verir ki, "Newsport.az"-ın əldə etdiyi məlumata görə, dünən keçirilən matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev təcili iclas keçirib.

Həmin iclasda xorvatiyalı mütəxəssisin istefaya göndərilməsi müzakirə olunub. Məsələyə tam isə bu gün aydınlıq gələcək. Gün ərzində Yurçeviçin istefaya göndərilməsi gözlənilir.

Mənbə: yenisabah.az