"Yüklənmələr kifayət qədər olub" - Ayxan Abbasov

"Yüklənmələr kifayət qədər olub" - Ayxan Abbasov

"Qəbələ" ilə yoxlama görüşündən sonra "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov komandasının durumu və oyunla bağlı düşüncələrini bölüşüb.

Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Bu gün "Kapital Bank Arena”da təlim-məşq toplanışı çərçivəsində "Qəbələ” ilə son yoxlama oyunumuzu keçirdik. Futbolçularımızın meydanda fiziki cəhətdən hərəkətliliyi bizim üçün vacib amillərdən idi. Həftə ərzində keçirilən məşqlərdə də yüklənmələr kifayət qədər olub. Futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub. Ona görə bu həftə taktiki baxımdan bizim üçün önəmli olacaq. "Keşlə” ilə 14-cü turda bizi çətin oyun gözləyir. Qarşılaşmaya qədər səhvlərimiz üzərində çalışıb, oyuna tam şəkildə hazır olacağıq".

 

Mənbə: sport7.az