Bolqarıstan millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az Bolqarıstan Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığma Yasen Petrova tapşırılıb.
53 yaşlı yerli çalışdırıcı müqaviləsinin müddəti bitən Georgi Dermenciyevi əvəzləyib.
Qeyd edək ki, Yasen Petrov daha əvvəl ölkəsinin və Çinin klublarında işləyib.