Marafonda qəzaya uğrayan idmançı öldü

Marafonda qəzaya uğrayan idmançı öldü

"Dakar” rallisi-marafonunda qəzaya uğrayan motoidmançı Pyer Şerpen dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, bu barədə Şerpenin komandası məlumat yayıb. Fransalı motoyürüşçü yanvarın 10-da "Dakar” rallisinin yeddinci mərhələsi zamanı qəza nəticəsində başından ağır zədə alıb. Motosiklet sürücüsü təcili olaraq xəstəxanaya aparılıb və süni komaya salınıb.

Görülən tədbirlərə baxmayaraq idmançı aldığı xəsarətlərdən 52 yaşında vəfat edib. Şerpen ralli yürüşü zamanı aldığı xəsarətdən dünyasını dəyişən 31-ci "Dakar” sürücüsüdür.

O, dördüncü dəfə Dakarda iştirak edib və ən yaxşı nəticəni 2012-ci ildə 84-cü olmaqla əldə edib.

 

 

Mənbə: sport7.az