"Qəbələ" bu futbolçularla danışıq aparır

"Qəbələ" bu futbolçularla danışıq aparır

Qış transfer dönəmində hələ də oyunçu transfer etməyən "Qəbələ” yaxın günlərdə heyətini gücləndirəcək.

Sport7.az xəbər verir ki, "qırmızı-qaralar” hücum xəttinə iki əcnəbi namizəd müəyyənləşdirib. Rəhbərlik axtardığı hücumçuları Ukrayna və Gürcüstanda tapıb. Bunlar "Lvov”un sol cinah yarımmüdafiəçisi Joze Vitor və "Dila” klubunun mərkəz forvardı Nikolay Kovtalyukdur. Hər iki futbolçu ilə danışıqlar davam etdirilir. Maliyyə şərtləri uyğun gələrsə, yaxın günlərdə futbolçular komandaya qoşulacaqlar.

 

 

Mənbə: sport7.az