Yığmamızın sabiq futbolçusu klubunu dəyişdi

İsrailin "Makkabi" (Petah-Tikva) komandasından ayrılan Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev "Hapoel" (Ramat-Qan) klubuna keçib.

Fanat.Az xəbər verir ki bu barədə Ramat-Qan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu daha əvvəl İsrail mətbuatına açıqlamasında yenidən "gənclik şəhəri" təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.

Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.

 

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Böyük Britaniyada sağlamlıq pasportlarının verilməsinə dair danışıqlar aparılır

SONRAKI XƏBƏR

Kainatın ən qədim planeti aşkar edilib