"Marsel"dən A Seriyasına

"Marsel"dən A Seriyasına

"Cenoa” heyətinə yeni futbolçu qatıb.

Sport7.az xəbər verir ki, A seriyası təmsilçisi Kevin Strotmanı icarəyə götürüb. "Marsel”in yarımmüdafiəçisi mövsümün sonunadək Genuya klubunda çıxış edəcək. 30 yaşlı futbolçu 3 ildən sonra İtaliyaya qayıdacaq. O, 2013-18-ci illərdə "Roma”da oynayıb.

Strotman karyerası ərzində Niderland klubları PSV, "Utrext” və "Sparta”nın da şərəfini qoruyub.

Mənbə: sport7.az