Macarıstan millisinin üzvü "Fənərbaxça"da

Macarıstan millisinin üzvü "Fənərbaxça"da

“Fənərbaxça” heyətinə yeni oyunçu cəlb edir.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Apollon”un (Kipr) müdafiəçisi Attila Szlayla anlaşıb. Macarıstanlı futbolçunun sabah tibbi müayinədən keçmək üçün İstanbula gələcəyi bildirilib.
Qeyd edək ki, Macarıstan millisinin üzvü olan 22 yaşlı futbolçu 2019-cu ildən “Apollon”da çıxış edir.

Mənbə: qol.az