“Dakar-2021”də qəza keçirən motoyarışçı vəfat etdi

“Dakar-2021”də qəza keçirən motoyarışçı vəfat etdi

Fransalı motoyarışçı Pyer Şarpen “Dakar-2021” ralli-marafonunun 7-ci mərhələsində qəza keçirib və aldığı zədələr nəticəsində vəfat edib.

Bu barədə onun üzvü olduğu “Heros des Belles-Motos” komandasının rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Qeyd edək ki, idmançı yanvarın 11-də qəzaya düşüb və başından zədə alıb. O, dərhal xəstəxanaya aparılıb və süni koma halına salınıb. Həkimlərin bütün səylərinə baxmayaraq, 52 yaşlı yarışçının həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: www.oxu.az