"Barselona"da prezident seçkiləri təxirə salındı - SON DURUM

"Barselona"da prezident seçkiləri təxirə salındı - SON DURUM

Yanvarın 15-də Kataloniyanın idarəçiləri və "Barselona"nın təmsilçiləri arasında görüş keçirilib.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, tərəflər yanvarın 24-nə təyin edilmiş prezident seçkilərini yenidən müzakirə edib.

Pandemiya üzündən seçkilərin ertələnməsinə qərar verildiyini vurğulayan mənbə Kataloniya klubunun yeni başqanının martın 7-də müəyyənləşə biləcəyini açıqlayıb. Nüfuzlu nəşr koronavirusla bağlı vəziyyət gərginləşəcəyi halda, məsələyə yenidən baxılacağını da xatırladıb.

Qeyd edək ki, ötən ilin payızında Xosep Bartomeu prezident postundan vaxtından əvvəl uzaqlaşdırılıb. Artıq başqan vəzifəsinə namizədlərin qısa siyahısı da bəllidir. Joan Laporta, Viktor Font və Toni Freyşa İspaniya nəhənginə rəhbərlik etmək uğrunda mübarizə aparacaq.

Mənbə: fanat.az