“Monako” səfərdəki bol qollu matçda “Monpelye”yə qalib gəlib

“Monako” səfərdəki bol qollu matçda “Monpelye”yə qalib gəlib

Futbol üzrə Fransa çempionatında 20-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turun açılış matçında “Monako” səfərdə “Monpelye” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç qonaqların çətin qələbəsiylə yekunlaşıb.

Bu turun "Loryan" - "Dijon" matçı koronavirusa görə təxirə salınıb.

 

Fransa Liqa 1

20-ci tur

15 yanvar

 

Monpelye – Monako 2:3

Qol: Vahi, 64. Delor, 69 – Folland, 24. Ben Yedder, 35; 61-pen.

 

16 yanvar

 

20:00 Olimpik (Marsel) – Nim

00:00 Anje – PSJ

 

17 yanvar

 

16:00 Brest – Renn

18:00 Nant – Lans

18:00 Nitsa – Bordo

18:00 Strasburq – Sent-Etyen

20:00 Lill – Reyms

00:00 Olimpik (Lion) – Mets

Mənbə: sia.az