Koronavirusa yoluxan Dzyuba “Zenit”in Dubaydakı təlim-məşq toplanışına aparılmayıb

Koronavirusa yoluxan Dzyuba “Zenit”in Dubaydakı təlim-məşq toplanışına aparılmayıb

Rusiyanın “Zenit” klubunun iki futbolçusu koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu Artyom Dzyuba və qapıçı Andrey Lunevin koronavirus testi müsbət çıxıb.

Hər iki futbolçu “Zenit”in Dubaydakı təlim-məşq toplanışına aparılmayıb.

Mənbə: sia.az