"Tottenhem" Beyllə müqaviləni uzadır? - Mourinyo danışdı

"Tottenhem" Beyllə müqaviləni uzadır? - Mourinyo danışdı

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandada icarə əsasında çıxış edən Qaret Beyllə yeni müqavilə imzalanacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az AS-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bu məsələ ilə bağlı hələlik heç bir danışıq aparılmadığını deyib:
“Bu barədə 1 saniyə belə danışmamışıq. Beyl mövsümün sonunadək icarəyə götürülüb. Başqa müzakirələrə vaxt ayırmamışıq”.

Qeyd edək ki, müqavilə ilə “Real”a məxsus olan uelsli oyunçu ötən ilin sentyabr ayında London klubuna keçib.

Mənbə: qol.az