"Neftçi"nin qapıçısı: "Sonadək liderliyimizi qoruyacaq gücdəyik"

"Neftçi"nin qapıçısı: "Sonadək liderliyimizi qoruyacaq gücdəyik"

"Neftçi”nin qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir.

- Əməliyyatdan sonra bərpa prosesini uğurla başa vurdunuz. Uzun müddət sonra meydana çıxmısınız. Toplanışdakı hər iki yoxlama matçında iştirak etmisiniz.

- Uzun fasilədən sonra meydana qayıtdığım üçün çox sevincliyəm. Komandamızın tibbi personalına da mənə göstərdikləri köməyə görə minnətdaram.

- Necə düşünürsünüz, əvvəlki formanıza tam qayıtmısınız?

- Bu qədər fasilədən sonra formanı bərpa etmək çətin olur. Amma düşünürəm ki, öhdəsindən gələ bilirəm. Qapıçılar üzrə məşqçimiz Etibar Tarıverdiyevə də təşəkkür edirəm ki, formaya düşməyim üçün əlindən gələni əsirgəmir.

- Aqil Məmmədovla rəqabətə tam hazırsınız?

- Öncə onu deyim ki, qapıçılar arasında mehriban münasibət və sağlam rəqabət var. Aqil Məmmədovla yanaşı, Kamran İbrahimov da əsas komandaya kömək etmək gücündədir. Əsas heyətdə kimin olacağına baş məşqçi və məşqçilər korpusu qərar verir ki, biz də o qərara hörmətlə yanaşırıq.

- Artıq gələn həftə çempionat bərpa olunacaq. "Səbail”lə oyundan nə gözləyirsiniz? Bu tur da liderliyi qoruya biləcəksinizmi?

- Samir Abasovun gəlişindən sonra komandanın oyununda yaxşıya doğru dəyişikliklər var. Bu da onu deməyə əsas verir ki, sona qədər liderliyimizi qoruyacaq gücdəyik.

Mənbə: fanat.az