Veynaldum gələcəyi ilə bağlı qərarını verdi

Veynaldum gələcəyi ilə bağlı qərarını verdi

"Liverpul"un yarımmüdafiəçisi Jorjinyo Veynaldum gələcəyi ilə bağlı son qərarını verib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı oyunçu İngiltərə təmsilçisi ilə müqaviləsini yeniləməmək qərarına gəlib. Onun "Barselona"ya keçəcəyi gözlənilir.

Qeyd edək ki, niderlandlı oyunçu 2016-cı ildən "Liverpul"da çıxış edir. Veynaldumun klubu ilə müqaviləsi bu ilin yayı başa çatır.

Mənbə: qol.az