Veynaldumun yeni klubu açıqlandı - SON DURUM

Veynaldumun yeni klubu açıqlandı -  SON DURUM

"Liverpul"un yarımmüdafiəçisi Jorjinyo Veynaldum gələcəyi ilə bağlı yekun qərarını verib.

Fanat.Az "101 Great Goals"a istinadən xəbər verir ki, 30 yaşlı niderlandlı "qırmızılar"la yeni müqavilə imzalamayacaq.

Mənbə Veynaldumun yaxın vaxtlarda "Barselona"ya keçəcəyini yazıb.

Qeyd edək ki, "Liverpul"la olan müqaviləsinin müddəti iyunun 30-da bitəcək Jorjinyo Ktaloniya təmsilçisinə havayı qismət olacaq. Sözügedən oyunçunun indiki klubuyla anlaşmasının müddətinin başa çatmasına 6 aydan az vaxt qaldığından "Barselona" qarşı tərəfə pul ödəməyəcək.

Mənbə: fanat.az