130 kilo çəkisi olan idmançının etdikləri dünya çempionatında gündəm oldu

130 kilo çəkisi olan idmançının etdikləri dünya çempionatında gündəm oldu

Misirdə keçirilən həndbol üzrə dünya çempionatında iştirak edən idmançı hər kəsi təəccübləndirib.

Offsideplus.az "La Nacion"a istinadən xəbər verir ki, Argentina - Konqo Demokratik Respublikası qarşılaşmasında afrikalıların 130 kiloqram çəkili, 196 santimetr boylu həndbolçusu Qotye Mvumbi Tyerri 100 faizlik nəticə göstərib. Argentinanın 28:22 hesabı ilə qələbə qazandığı qarşılaşmada Qotyenin qapıya vurduğu bütün toplar tora qovuşub.

Qeyd edək ki, Konqo DR-nın"15 nömrə"si Fransa "Dreux AC Handball" komandasının şərəfini qoruyur.

Mənbə: offsideplus.az