"Barselona"dan ayrılmaq istədi, klubu onu satmadı

"Barselona"dan ayrılmaq istədi, klubu onu satmadı

"Barselona"nın qapıçısı Neto bu qış transfer pəncərəsində klubdan onu satmasını xahiş edib.

Qol.az "Marca"ya istinadən verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman məlumat verib. O bildirib ki, komandanın ikinci qapıçısının bu istəyini rədd ediblər:

"Agenti bizdən Netonu sərbəst buraxmağımızı istədi, amma rədd etdik. O, bizim üçün vacib bir oyunçudur, bütün mövqelərin tamamlanmasını istəyirik".

Mənbə: qol.az