"Liverpul"un futbolçusu sağalıb

"Liverpul"un futbolçusu Sadio Mane Premyer Liqanın XIX turunda "Mançester Yunayted"lə matçda iştirak edə biləcək.

Sport7.az xəbər verir ki, 29 yaşlı hücumçu barədə klubun rəsmi saytına müsahibəsində bildirib.

Seneqallı forvard ölkə kubokunun 1/32 finalında "Aston Villa"nı 4:1 hesabı ilə məğub etdikləri matçda zədələndiyini xatırladıb: "Həmin görüşdə ciddi xəsarət aldım. Zədəni bərpa etmək bir neçə dəqiqə çəkdi. Sanki ayağım uyuşmuşdu. Qarşılaşmadan sonra buz qoydum, hazırda hər şey normaldır. İndi özümü əla hiss edirəm və növbəti matça hazıram".

Bu gün keçiriləcək "Liverpul" - "Mançester Yunayted" Bakı vaxtı ilə 19:30-da başlayacaq.

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi

SONRAKI XƏBƏR

Müdafiə Nazirliyinə veteran adı ilə bağlı müraciət edən vətəndaşların NƏZƏRİNƏ