"Barselona" “Mançester Yunayted”dən futbolçu alır

"Barselona" “Mançester Yunayted”dən futbolçu alır

"Barselona” "Mançester Yunayted”in oyunçusu Dioqo Dalota göz dikib.

Fanat.Az xəbər verir ki, Kataloniya klubu hazırda icarə əsasında "Milan”da çıxış edən futbolçunun xidmətində maraqlıdır.

İngiltərə mətbuatının yazdığına görə, "Barselona" 21 yaşlı portuqaliyalının transfer hüquqlarını almaq niyyətindədir. Bunun üçün ispanlar qarşı tərəfə 11 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Dalotun "Milan”la icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. Onun "Mançester Yunayted”lə müqaviləsi isə 2023-cü ilin yayında başa çatacaq.

Mənbə: fanat.az