Premyer Liqa klubu bu futbolçunun müqaviləsinə xitam verdi

Premyer Liqa klubu bu futbolçunun müqaviləsinə xitam verdi

"Kristal Pelas” Maks Meyerlə yolları ayırıb.

Sport7.az xəbər verir ki, 25 yaşlı alman yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib. 2018-ci ilin yayından Premyer Liqa klubunda çıxış edən Maks bu müddətdə 56 oyunda meydana çıxıb, 2 qola, 3 məhsuldar ötürməyə imza atıb.

O, cari mövsüm heyətdəki yerini itirib və yalnız 1 matçda şans qazanıb.

Mənbə: sport7.az