"İndi davam etmək vaxtıdır" - Sulşer

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Solşer Premyer Liqanın 19-cu turunda "Liverpul"la mərkəzi oyun öncəsi fikirlərini bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, matçdan əvvəl deyib:

“Yenidənqurma oyunçuların, azarkeşlərin, klub işçilərinin və hər kəsin etdikləri zəhmətin nəticəsidir. Ancaq Kilimancaro, ya da Everest zirvəsinə dırmaşarsan, sonra orada oturub rahatlaşsan, donub öləcəksən. Beləliklə, indi davam etmək vaxtıdır".

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" görüşü bu gün Bakı vaxtı ilə 20:30-da başlayacaq. Hazırda qonaq komanda turnir cədvəlində 36 xalla 1-ci, meydan sahibləri 33 xalla 3-cü pillədə qərarlaşıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Qubadlıda borş bişirən əsgərlərimiz - VİDEO

SONRAKI XƏBƏR

Xuan Mata “Valensiya”ya qayıdır