"Mançester Yunayted"in Bundesliqadan futbolçu bəyənib

"Mançester Yunayted"in Bundesliqadan futbolçu bəyənib

"Bayer" klubunun futbolçusu Leon Beyli karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in maraq dairəsinə düşüb. İngiltərə təmsilçisinin yaxın günlərdə Leverkuzen klubuna təklif göndərəcəyi iddia olunur.

Qeyd edək ki, Beyli cari mövsümdə Bundesliqada 15 matçda meydana çıxıb və 4 qola imza atıb.

Mənbə: fanat.az