"Çelsi"yə "yox" deyən futbolçuya iki elçi

"Çelsi"yə "yox" deyən futbolçuya iki elçi

"Bavariya" və "Barselona" klubları eyni futbolçuya "elçi" düşüblər.

Fanat.Az xəbər verir ki, hər iki nəhəng klub "Red Bull Zalsburq" komandasında çıxış edən Karim Adeyeminin xidmətində maraqlıdır.

Bu barədə "Goal" məlumat yayıb. Ancaq hələki klublar Avstriya təmsilçisinə bir təklif ilə müraciət etməyiblər.

Qeyd edək ki, 18 yaşlı Adeyemi ötən mövsüm "Çelsi"dən gələn təklifi rədd edib.

Mənbə: fanat.az