"Yuventus" Bosniya millisinin hücumçusunu transfer etdi

"Yuventus" Bosniya millisinin hücumçusunu transfer etdi

"Yuventus" heyətini yeni hücumçu ilə gücləndirib.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, Turin klubu "Bayer"in və Bosniya və Herseqovina millisinin futbolçusu Kerim-Sem Alaybegoviçin transferi ilə bağlı razılıq əldə edib.

Transferin dəyəri bonuslarla birlikdə 35 milyon avro olacaq. Bunun 33 milyon avrosu sabit ödəniş, 2 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub. Tərəflər şəxsi müqavilə şərtlərində də razılığa gəliblər. Hazırda yalnız sənədləşmə işlərinin tamamlanması qalıb.

Alaybegoviç 2025-ci ilin yayında "Bayer"in gənclər komandasında "Zaltsburq"a keçmişdi. O, ötən mövsüm 44 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə verəndən sonra Leverkuzen təmsilçisi onu geri qaytarıb. 2026-cı il dünya çempionatında isə 4 matçda meydana çıxaraq 1 qol vurub. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.


Mənbə: unikal.az