"Real" 400 milyon itirdi

"Real" 400 milyon itirdi

İspaniyanın "Real Madrid" klubu son 3 ildə futbolçu transferlərindən təxminən 400 milyon avro itirib.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, 2018-ci ildən alınan oyunçulardan yalnız qapıçı Tibo Kurtua və müdafiəçi Ferlan Mendi daim əsas heyətdə möhkəmlənə bilib. Alınan bütün futbolçuların transfer qiyməti yetərincə azalıb.

"Kral klubu" 2019-cu ilin yayında aldığı Eden Azar üçün İngiltərə təmsilçisi "Çelsi"yə 120 milyon avro ödəyib. Hazırda 30 yaşlı belçikalı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.

 

Mənbə: offsideplus.az