"Qarabağ" klubu Zakariya Savonun zədələnməsi səbəbindən yeni hücumçu axtarışlarına start verib.
Azerisport.com saytına istinadən xəbər verilir ki, Ağdam təmsilçisi üçün ehtimal edilən variantlardan biri braziliyalı forvard Mateus Saldanyadır.
"Neftçi"nin 26 yaşlı sabiq hücumçusu hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəsl" klubunda çıxış edir.
"Qarabağ" rəhbərliyi onun icarəyə götürülməsi imkanını da nəzərdən keçirir, lakin bu keçidin baş tutub-tutmayacağı hələlik dəqiq deyil.
Qeyd edək ki, Saldanyanın Ərəbistan klubu ilə hazırkı müqavilə müddəti 2027/2028-ci illər mövsümünün sonunadək qüvvədədir.
Mənbə: oxu.az