PSJ Mbappe və Neymara yalvarmayacaq

PSJ Mbappe və Neymara yalvarmayacaq

PSJ-nin idman direktoru Leonardo klubun Kilian Mbappe və Neymar yeni anlaşma istəyi barədə danışıb.

Offsideplus.az France Football-a istinadən xəbər verir ki, klub rəsmisi hücumçularla müqavilənin yenilənəcəyinə inanır. Hər iki futbolçu ilə anlaşmanın müddəti 2022-ci ilə qədər olsa da, Paris təmsilçisi ehtiyatı əldən vermək istəmir.

Leonardo qeyd edib ki, PSJ futbolçulara qalmaları üçün yalvarmayacaq:

"Ümid edirəm ki, onlar hər bir futbolçunun çıxış etmək istədiyi PSJ-də qalmaq qərarına gələrlər. Sadəcə onların və bizim maraqlarımızla üst-üstə düşən müqaviləni təklif etməliyik. "Xahiş edirik, qalın", - deyə onlara yalvarmaq məcburiyyətində deyilik. Qalmaq istəyən qalacaq".

Mənbə: offsideplus.az