"Arsenal" 3 cavabsız qolla qalib gəldi

"Arsenal" 3 cavabsız qolla qalib gəldi

"Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, London klubu 19-cu turda "Nyukasl"ı qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal" - "Nyukasl" - 3:0
Qollar: Obameyanq, 50, 77, Saka, 61

Bu qələbə ilə xalını 27-yə yüksəldən "Arsenal" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Siyahıya 37 xalla "Mançester Yunayted" başçılıq edir. "Mançester Siti" 35 xalla 2-ci, "Lester" 35 xalla 3-cüdür.

Mənbə: qol.az