Kone “Borussiya” ilə müqavilə imzalayır

Kone “Borussiya” ilə müqavilə imzalayır

Almaniyanın "Borussiya" klubu heyətinə yeni futbolçu qatır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Mönhenqladbax təmsilçisi Fransanın "Tuluza" klubunun 19 yaşlı yarımmüdafiəçisi Kuadio Koneni heyətinə qatacaq.

Onunla 2026-cı ilədək nəzərdə tutulan müqavilə imzalanacaq. Lakin Kone mövsümü Liqa1 təmsilçisində başa vuracaq. "Borussiya" onu indiki klubuna yarım illik icarəyə verəcək.

Qeyd edək ki, cari mövsüm 19 oyun keçirən futbolçu 1 qol vurub.

 

Mənbə: news.milli.az