"Qalatasaray" heyətini 21 yaşlı rus yarımmüdafiəçi ilə gücləndirməyə yaxındır.
İnformasiyanı şəxsi "X" hesabı üzərindən "Sportcell"in jurnalisti Safa Kaan Öztürk yayıb.
Məlumata görə, "sarı-qırmızılar" Aleksey Batrakovun transferi üçün Moskva "Lokomotiv"i ilə danışıqlara başlayıb.
Geridə qalan mövsümdə bütün turnirlərdə "Lokomotiv"in heyətində 36 matça çıxan Batrakov 17 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Onun "dəmiryolçular"la müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir./Fanat.az/
Mənbə: musavat.com