Azərbaycan futbol klubları 2020-ci ildə transferlərə nə qədər pul xərcləyib? - HESABAT

Azərbaycan futbol klubları 2020-ci ildə transferlərə nə qədər pul xərcləyib? - HESABAT

FIFA transferlərlə bağlı hesabatında futbol klublarının 2020-ci il transferlərə xərcləri və qazancını açıqlayıb.

Oxu.Az xəbər verir ki, məbləğ dəqiq göstərilməsə də, Azərbaycan klublarının qazancının təxminin 700 min dollara yaxın olduğu göstərilib. Xərclər isə 1,2 milyon dollar civarında olub.

2020-ci ildə peşəkar futbol klublarının nə qədər oyunçu ilə anlaşdığı da göstərilib.

Azərbaycan klubları ötən il 61 futbolçu transfer edib, 51-i ilə vidalaşıb. 10 Premyer Liqa klubumuz transferlər etsə də, onlardan yalnız üçü oyunçu satıb, amma qazanc və xərclər göstərilməyib.

Azərbaycanın həvəskar klublarının da transferləri açıqlanıb. Həvəskar klublarımızdan ikisi bunda iştirak edib. İki futbolçu transfer edilib, səkkizi yola salınıb.

Səbuhi Musayev

Mənbə: www.oxu.az