Qurban Qurbanova daha bir mükafat

Qurban Qurbanova daha bir mükafat

"Sportsman" jurnalının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Zəfər" 2020 Beynəlxalq idman mükafatının qalibləri mükafatlandırılıb.

Sport7.az xəbər verir ki, qaliblər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da olub.

Belə ki, təcrübəli mütəxəssis "İlin məşqçisi" mükafatına layiq görülüb.

Ötən il Azərbaycan Premyer Liqasını koronavirus pandemiyası səbəbindən sona çatdırmaq mümkün olmamışdı. Buna görə də çempionatın lideri "Qarabağ" qızıl medallara layiq görülmüş, Azərbaycanı ardıcıl 6-cı dəfə Çempionlar Liqasında təmsil etmək hüququ qazanmışdı. Ötən mövsüm "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 6-cı dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşlərini sevindirmişdi.

Mənbə: sport7.az