Zidan "Real"a daha bir məşhur fransızı gətirir

"Real" heyətini daha bir fransızla gücləndirmək istəyir.

Offsideplus.az "Mail"ə istinadla xəbər verir ki, baş məşqçi Zinəddin Zidan yaxından tanıdığı həmyerlisi Aleksandr Lakazeti sərəncamında görmək istəyir. Digər Madrid təmsilçisi "Atletiko"nun da yaxından maraqlandığı yığma üzvünün "Arsenal"la müqaviləsi 2020-nin yayına qədərdir. Buna baxmayaraq, rəhbərlik Mikel Artetanın əsas heyət üzvü gözündə görmədiyi Lakazeti satmaq istəyir. Hazırda tərəflər arasında danışırlar davam edir.

Qeyd edək ki, "Real"da baş məşqçi və köməkçilərindən başqa 3 fransiz futbolçu var - Kərim Benzema, Rafael Varan və Ferlan Mendi.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri açıqlanıb

SONRAKI XƏBƏR

Əslən Gürcütandan olan 20 Yanvar şəhidi Vəfadar Eminov - VİDEO