Azərbaycan millisi dünya reytinqində 13-cü yerdə qərarlaşıb

Azərbaycan millisi dünya reytinqində 13-cü yerdə qərarlaşıb

Futzal üzrə milli komandaların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması planetin 13-cü komandasıdır.

Joze Alesionun yetirmələrinin hesabında 1407 xal var. Millimiz 12-ci olan Ukraynadan cəmi 35 xal geri qalır.

Azərbaycan yığması UEFA-ya üzv ölkələr arasında 8-cidir. Həm dünyanın, həm Avropanın ən yaxşısı isə İspaniyadır. Pireneylilər ilk “üçlük”də yer alan Braziliya və Argentinanı qabaqlayır.

Dünyanın 15 ən güclü yığması
1. İspaniya - 1808
2. Braziliya - 1803
3. Argentina - 1694
4. Rusiya - 1642
5. Portuqaliya - 1639
6. İran – 1609
7. Qazaxıstan – 1561
8. İtaliya - 1500
9. Paraqvay - 1479
10. Xorvatiya – 1456
11. Kolumbiya – 1444
12. Ukrayna – 1442
13. Azərbaycan - 1407
14. Serbiya – 1400
15. Çexiya - 1387

Mənbə: apa.az