Ferran Torres PSJ-nin hədəfində

Ferran Torres PSJ-nin hədəfində

PSJ "Barselona"nın hücumçusu Ferran Torresi transfer etmək üçün danışıqlara başlayıb.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Bildirilir ki, Paris klubu 26 yaşlı ispaniyalı forvardı yay transfer pəncərəsi bağlanmadan heyətinə qatmağı hədəfləyir. "Barselona" isə futbolçunu yalnız onun ayrılmaq istəyi olacağı halda buraxmağa hazırdır.

Qeyd edək ki, Torres ötən mövsüm 49 matçda 21 qol vurub və 3 məhsuldar ötürmə edib. O, DÇ-2026-nın finalında Argentinaya vurduğu qolla İspaniyaya çempionluq qazandırmışdı.


Mənbə: unikal.az