A seriyası klubunda yeni baş məşqçi

A seriyası klubunda yeni baş məşqçi

“Torino”nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanı Davide Nikolanın çalışdıracağı bildirilib. 47 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Nikolanın son iş yeri “Cenoa” olub. Komanda onun baş məşqçiliyi altında ötən mvsüm çempionatı 17-ci pillədə tamamlayıb. Buna görə də, Nikola işindən qovulub.

Qeyd edək ki, “Torino” rəhbərliyi ötən gecə sabiq baş məşqçisi Marko Campaulonu komandanın uğursuz nəticələrinə görə istefaya göndərmişdi.

Mənbə: qol.az