Mancukiç "Milan"da nömrə seçimini etdi

Mancukiç "Milan"da nömrə seçimini etdi

Mario Mancukiç yaxın 1-2 gündə, bəlkə də elə bu gün "Milan"la müqavilə bağlayacaq.

34 yaşlı forvardla klub rəhbərliyi arasında ümumi razılıq əldə olunub. Həmin razılığa əsasən xorvatiyalı futbolçu cari mövsümün sonuna qədər qırmızı-qara formanı geyinəcək, yayda yeni anlaşma şərtlərinə baxılacaq.

Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, Mancukiçin daşıyacağı nömrə də artıq məlumdur. Qolçu futbolçu "9 nömrə" altında çıxış edəcək. "Ateltiko" və "Bavariya"da "9"la oynayan forvard son iki klubunda - "Yuventus"la "Əl-Duhail"də, eləcə də Xorvatiya millisində "17"ylə mübarizə aparırdı.

Qeyd edək ki, son illərdə "Milan"ın "9 nömrələr"i bu futbolçular olub: Filippo İnzagi, Aleşandre Pato, Alessandro Matri, Fernando Torres, Luis Adrianu, Qonsalo İquain, Kriştof Pentek.

 

Mənbə: offsideplus.az